Koronavirusa qarşı immunitet sistemini gücləndirmək üçün bir çox insan vitamin qəbul edir.
Mütəxəssislər isə bildirir ki, həkim məsləhəti olmadan qəbul edilən vitamin topluları bir çox xəstəliyə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, dərman preparatlarını qidalarla əvəz etmək daha məqsədə uyğundur.
Həkimlər ən sağlam vitaminlərin tərəvəz və meyvələrdə olduğunu bildirirlər.
