Dünyada 104 911 113 nəfərdə yeni növ koronavirus infeksiyası (COVID-19) aşkarlanıb.
KONKRET.az xəbər “worldmeters”ə istinadən verir ki, virusdan 2 278 576 xəstə ölüb, 76 635 068 nəfər sağalıb.
Şimali Amerikada 31 060 419, Avropada 30 735 498, Asiyada 23 306 634, Cənubi Amerikada 16 127 398, Afrikada isə 3 630 150 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər 27 150 457 nəfərlə ABŞ, 10 791 123 nəfərlə Hindistan, 9 339 921 nəfərlə Braziliya, 3 901 204 nəfərlə Rusiya və 3 871 825 nəfərlə Böyük Britaniyadır.
Azərbaycanın qonşularından Türkiyədə 2 501 079, İranda 1 438 286, Gürcüstanda 259 897, Ermənistanda isə 167 421 nəfərdə COVID-19 aşkarlanıb. Ən çox ölüm isə 74 684 nəfərlə Rusiyadadır.
Vəsilə İbrahim
KONKRET.az
