COVID-19-dan ölənlərin sayı 2 milyonu keçdi – SON RƏQƏMLƏRbackend

COVID-19-dan ölənlərin sayı 2 milyonu keçdi - SON RƏQƏMLƏR

Dünyada 93 533 715 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, virusdan 2 002 407 xəstə ölüb, 66 813 279 nəfər sağalıb.

Şimali Amerikada 27 224 555, Avropada 26 897 466, Asiyada 21 814 512, Cənubi Amerikada 14 355 098, Afrikada isə 3 191 906 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (23 848 410 nəfər), Hindistan (10 528 508 nəfər), Braziliya (8 326 115 nəfər), Rusiya (3 495 816) və Böyük Britaniyadır (3 260 258 nəfər).

Türkiyədə 2 364 801, İranda 1 311 810, Gürcüstanda 244 612, Ermənistanda isə 163 576 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (63 940 nəfər), İranda (56 538 nəfər) və Türkiyədədir (23 495 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 226 200 nəfərin 2 971-i ölüb, 213 279-u sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*