Dünyada 16 421 465 nəfər COVID-19-a yoluxub.
KONKRET.az xəbər verir ki, virusdan 652 276 xəstə vəfat edib, 10 051 644 nəfər sağalıb.
Qitələr arasında koronavirusa ən çox yoluxma (5 129 906 nəfər) Şimali Amerikada, ölkələr arasında isə ABŞ-da (4 371 839 nəfər) müşahidə edilir.
İkinci yerdə 2 419 901 yoluxma ilə Braziliya, üçüncü yerdə isə 1 436 019 nəfərlə Hindistan yer tutur.
Rusiya 812 485 yoluxma ilə siyahının dördüncüsüdür.
İranda 291 172, Türkiyədə 226 100, Ermənistanda 37 317, Gürcüstanda isə 1 131 yoluxma qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 30 050 xəstənin 22 684 nəfəri sağalıb, 417-si həyatını itirib.
