Cüdoçumuz Avropa çempionatının finalına çıxdıbackend

Cüdoçumuz Avropa çempionatının finalına çıxdı

Rusiyanın İjevk şəhərində 23 yaşadək cüdoçuların Avropa çempionatına start verilib.

KONKRET.AZ xəbər verir ki, qitə çempionatında 9 cüdoçumuz – Balabəy Ağayev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Elçin Hüseynov, Nurlan Osmanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hasil Cəfərov (81 kq), Aliumar Tumayev (90 kq), Aslan Mirzəyev (100 kq), Yusif İmranov (100 kq-dan yuxarı) mübarizə aparır.

Yarışın birinci günündə 4 cüdoçumuz gücünü sınayacaq. Onlardan Nurlan Osmanov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı idmançı Murad Çopanov olacaq.

Qeyd edək ki, yarışda 32 ölkədən 250-yə yaxın idmançı mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*