Cümə namazında dəhşətli partlayış – Ölənlərdən biri nazirdirbackend

Cümə namazında dəhşətli partlayış - Ölənlərdən biri nazirdir

Somalidə cümə namazı vaxtı bomba partladılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Hadisə ölkənin cənub-qərbindəki Baidoa şəhərində baş verib. Hücum zamanı çox sayda insanın öldüyü məlum olub.

Agentlik bildirib ki, hücum nəticəsində cənub-qərb əyalətinin ədliyyə naziri İbrahim Luqbur da daxil olmaqla çox sayda insan həlak olub, ən azı 11 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, bölgədə Əl-Şəbab terror təşkilatı tez-tez belə hücumlar həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*