“CV” göndər”, yaxud işsizliyin sirribackend

"CV" göndər", yaxud işsizliyin sirri

Aliyə Əsədova

2020-ci ilin ilk günləridir, ilin əvvəlidir. Köhnə illərdən etibarən yeni iş yerləri yaradılır, vakansiyalar olur, amma hələ də işsizliklə baş-başa qalanlar var, iş yerində ştatdankənar, əvəzçiliklə işləyənlər var.  İdarə və müəssisələrdə, dövlət və özəl strukturlarda islahatlar aparılır və bir də görürük ki, neçə nəfər kadr ixtisar olunub. Başqa yerdə iş tapmaq da müşkül məsələdir, heç də rahatlıqla, asanlıqla iş tapmaq olmur, iş deyəndə ki, böyük məmur kürsüləri, məsul vəzifələr yox, aldığı təhsilə, ixtisasa, iş fəaliyyətinə, qabiliyyətinə uyğun yüngülvari işdən söhbət gedir. Dövlət qulluqçuları var, hansı ki neçə aydır iş yerindəki ixtisara görə hələ də özünə iş tapa bilməyib, müəllim imtahandan uğurla keçsə  də, vakansiya ucbatından kənarda qalıb, hələ mən digər ixtisas və peşə sahiblərini demirəm. Onlar da işsizlik ucbatından harda və necə gəldi bir başqa iş görməyə məcburdurlar. Yetər ki beş-üç manat qazancları olsun.

Əslində bir çox işlərin də çarəsi işdir, hər hansı bir işdə çalışmaq insanı bir sıra çətinliklərdən, maddi qayğılardan nisbətən uzaqlaşdırır, ələbaxan olmursan, nə vaxtdansa qalan qiymətli əşyaları satıb, onunla dolanmağa üstünlük vermirsən. Xəstəliklər, ağır sınaqlar həm də işlər yaxşı getdiyində öz-özünə ixtisara düşür. Qapı-qapı gəzməkdən, işindən ötrü kimlərəsə zəng etməkdən təngə gələndə insanın mənəvi ruhu ölməyə hazırlaşır sanki. Hər dəfə də  “CV göndər, mütləq baxılacaq“, –  sözlərini eşitdikcə, bir az ümidlənirsən. Hərdən bu CV-lərlə bağlı ümid də hardasa qırılır, belə olduqda adam elə ölüyə bərabərdir  – eşitmir, danışmır, nə düşünə bilir,  nə də ki, cavab verə bilir. İndi zaman dəyişib, hamısı da adamların ucbatındandı, zamanında o qədər dəyişdirmişik və dəyişmişik ki, artıq adamlar yox,  zaman adamlara görə dəyişir, adamına görə işləyir. Həm işləyən,  həm də işləməyən bəzi zəmanə adamlarının  da canı sağ olsun, aradabir hərdən işsizlərin də heyfini çıxa bilir, onlara tərəf boylana bilir, belə olduqda, kimsə də hardasa özünə uyğun iş tapa bilir. Ətrafımda elə işsizlər var ki , iki-üç ildir iş axtarırlar, böyük-böyük işlərdən yox, kiçik işlərdən danışırlar. CV-lərdə hər şey əladır, qaydasındadır, di gəl ki çağırıb dindirən, qabiliyyətini yoxlamaq üçün sınaq müddətinə cəlb ediləni çox az sayda olur.  Elə bil ki, əməkhaqqı qalxdıqca, bəziləri maaş da vermək istəmir, vakansiya olmaması səbəbindən gözləyənlərin bir neçəsi  artıq xəstəliklərə düçar olduğundan müalicə alır. Gözləmək pis şeydir, elə axtarmaq da. Əlin hara ilişdisə, gərək ordan bərk yapışasan. Lap itələyib qovmaq istəyənlər olanda da cəld tərpənib təpikləyib sən onları qovasan. İndi zaman belədir, bilmirəm ağdır, qaradır ya başqa rəngdədir. Onu bilirəm ki, hər zaman da gərək üzü bərk olasan. Elə edəsən ki, sonra hərdən nəticəsi bəlli olmayan, ya da heç olmayan bu sözləri  təkrar-təkrar eşitməyəsən: “CV göndər…  imtahanda iştirak et… sınaq olacaq… müsahibə olacaq …“

Bu işsizlik elə bil sirr olub. Necə etmək lazımdır ki, işlər uğurlu və  avand olsun. Bu sirdən baş açanlardan işsizlərə kömək arzulayıram .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*