Dağıstan rəhbəri bütün kişilərin hərbi komissarlığa gəlməsi çağırışına QƏZƏBLƏNDİ – VİDEObackend

Dağıstan rəhbəri bütün kişilərin hərbi komissarlığa gəlməsi çağırışına QƏZƏBLƏNDİ - VİDEO

Dağıstan rəhbəri bütün kişilərin hərbi komissarlığa gəlməsi çağırışına emosional reaksiya verib.

KONKRET.az xəbər verir ki, Dərbənd hərbi komissarlığının səsgücləndiricilər vasitəsilə bütün kişiləri komissarlığa dəvət etmək təşəbbüsü Dağıstan rəhbərliyini hiddətləndirib. Sentyabrın 29-da Sergey Melikov qeyri-etik sözlərlə çox emosional çıxış edib.

“Dərbənd hərbi komissarlığı bu cür mətnlə adamları necə göndərə bilər? Bunlar necə axmaq adamlardır?! Onlara şəhərdə bu cür hərəkət etməyə kim icazə verib? Bu, saxta məlumatların yayılması kimi başqa bir şeydir”, – deyə Məlikov qəzəblənib.

Artıq Dağıstan nəşrlərində Dərbənd şəhərinin hərbi komissarının üzrxahlığı dərc olunub. Fərid Musayev səsucaldanlardan yayılan yanlış məlumata görə üzr istəyib.

Musayev vətəndaşlardan panikaya düşməməyi də xahiş edib.

Bundan əvvəl Məlikov Dərbənd sakinlərindən səsucaldanlarla avtomobillərin şəhərin küçələri ilə keçdiyi, “bütün kişi vətəndaşların” hərbi komissarlığa “təcili olaraq gəlməsini” xahiş etdiyi narahat səhərə görə üzr istəyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*