backend

Daha 10 min işsizə birdəfəlik vəsait ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O, qeyd edib ki, bu barədə onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndəriləcək.

“Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, SMS-də bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Dünəndən işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına başlanıb və dünən də 10 min şəxsə ödəniş edilib. İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edəcək və digər işsiz şəxslər də bu dəstəklə təmin olunacaqlar”, – deyə qurum rəsmisi əlavə edib.

  • Vüqar
    Aprel 25, 2020 - 23:55

    İşsiz kimi qeydiyat tesdiqlenib amma 190 manatın smesi hele gelmiyib 12 si tesdiqlenib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*