Daha 3 koronavirus xəstəsi barədə araşdırma başlanıldıbackend

Daha 3 koronavirus xəstəsi barədə araşdırma başlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – E.Vəlili, F.Bəşirov və F.Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyənləşib.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*