Bu gün Ukrayna Rusiya əsirliyindən 75 nəfəri geri qaytarıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezident Volodimir Zelenski teleqram kanalında məlumat verib.
“Bütün bu müddət ərzində biz insanlarımızı rus əsirliyindən evə qaytarmaq üçün bir gün belə işimizdən əl çəkməmişik və bu gün bizim mühüm nəticəmiz var: daha 75 insanımız Ukraynaya qayıdıb”.
Prezidentin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın əsgərləri, sərhədçilər və 4 mülki şəxs Rusiya əsirliyindən qayıdıb.
“Hər kəs yadımızdadır, hər birini geri qaytarmaq üçün səy göstəririk”, – Zelenski əlavə edib.
