Daha bir Avropa ölkəsi maska rejimini ləğv edirbackend

Daha bir Avropa ölkəsi maska rejimini ləğv edir

Yunanıstanda sabahdan etibarən maskadan istifadə məcburiyyəti aradan qaldırılır.

KONKRET.az “Le Matin” saytına istinadla xəbər verir ki, iyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılır.  Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.

Səhiyyə Nazirliyi bildirir ki, qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək qərar veriləcək.

Ekspertlərin fikrincə Yunanıstan hökuməti Covid-19-la bağlı tələbləri turizmi canlandırmaq üçün yumşaldıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*