Daha bir Avropa ölkəsi Rusiya ilə müharibəyə hazırlaşdığını bəyan etdibackend

Daha bir Avropa ölkəsi Rusiya ilə müharibəyə hazırlaşdığını bəyan etdi

Rumıniya Rusiya ilə hərbi münaqişəyə hazırlaşdığını bəyan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş Qərargah rəisi Vlad Qeorqita könüllü hərbi hazırlığın lehinə danışıb. Söhbət 35 yaşdan kiçik Rumıniya vətəndaşlarından, o cümlədən qadınlardan gedir.

Onun sözlərinə görə, bu, Şərqi Avropa dövlətinin Rusiya ilə müharibəyə hazır olması üçün lazımdır.

Baş qərargah rəisi Rumıniyanın milli qanunvericiliyə əsaslanaraq Rusiya pilotsuz təyyarələrini vura bilmək üçün hüquqi islahatlar da təklif edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*