Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bu barədə KONKRET.az-a Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 649-a çatıb.
