Daha bir məntəqədə seçkinin nəticələri ləğv olundu – YENİLƏNİBbackend

Daha bir məntəqədə seçkinin nəticələri ləğv olundu - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 107 saylı Qazax Seçki Dairəsindən namizədliyi qeydə alınan Ramin Göyüşovun müraciətinə baxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, iddiaçı 12 məntəqə üzrə 20 videogörüntü, aktlar və digər sənədlərin surətlərini təqdim edib: “Həm sosial şəbəkələrdə, həm də təqdim edilən videogörüntüləri tək-tək araşdırmışam. Təqdim edilən videogörüntülərdə iddiaçının dediyi qanun pozuntuları 2 saylı seçki məntəqəsində əksini tapıb”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqəsində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilməklə, şikayət qismən təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*