Buzüstü xokkey üzrə 2023-cü il Dünya Çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, qərar ilk növbədə bütün idmançıların, rəsmilərin, medianın və azarkeşlərin təhlükəsizliyi və rifahı üçün qəbul edilib.
Mundial 5 – 21 mayda Sankt-Peterburqda keçirilməli idi.
