Daha bir ölkə İrana sanksiya TƏTBİQ ETDİbackend

Daha bir ölkə İrana sanksiya TƏTBİQ ETDİ

Yeni Zelandiya hökuməti İrana qarşı yeni sanksiyalar elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanaia Mahuta məlumat verib.

Bildirilib ki, yeni sanksiyalar Rusiyaya dronların tədarükündə iştirak edən şəxslərə və təşkilatlara təsir edəcək.

“Rusiyaya təzyiq göstərmək üçün səkkiz İran vətəndaşı və müəssisəsinə qarşı sanksiyalar tətbiq etdik. Pilotsuz uçuş aparatlarının istehsalı və təchizatı Ukraynanın suverenliyini təhdid edir”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, yeni sanksiya siyahısına İran Hərbi Hava Qüvvələrinin komandanı Məhəmməd Ələvi də daxil edilib.

Bundan əlavə, insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan İran vətəndaşlarına qarşı da əlavə sanksiyalar tətbiq edilib.

Qeyd olunub ki, Yeni Zelandiya hazırda 44 İran vətəndaşına və 5 müəssisəyə sanksiya tətbiq edib. Bu şəxslərin Yeni Zelandiyadakı aktivləri dondurulacaq və ölkəyə girişi məhdudlaşdırılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*