İsrailin baş naziri Benyamin Netanyahu Litvaya gələrsə, o, ölkənin Beynəlxalq Cinayət Məhkəməsi qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq həbs ediləcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sözügedən ölkə Beynəlxalq Cinayət Məhkəməsinin tələblərini yerinə yetirəcək.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib. Böyük Britaniya və İsveçrə Netanyahunun bu ölkərə səfər edəcəyi təqdirdə, həbs olunacağını bildirib.
Məlik,
KONKRET.az