Daha bir partiya qeydiyyata ALINDIbackend

Daha bir partiya qeydiyyata ALINDI

Sabiq deputat Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fərəc Quliyev məlumat verib.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ədliyyə Nazirliyinə təqdim etdiyimiz Partiya üzvlərinin reyestrinin qanunauyğunluğu yoxlanıldıqdan sonra Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) reyestr məlumatları qeydə alınıb. Ədliyyə nazirliyindən 04.09.23-cü il tarixdə bununla bağlı müvafiq məktub aldıq”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Bundan əvvəl Vətəndaş Həmrəyliyi Partiyası (VHP), AĞ Partiyası, Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası dövlət qeydiyyatına alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*