Nəticələri ləğv olunan rayonların icra başçılarının başı dərddəbackend

Nəticələri ləğv olunan rayonların icra başçılarının başı dərddə

KONKRET.az xəbər verir ki, növbədənkənar parlament seçkilərini rayonlarda düzgün təşkil edə bilməyən və saxtakarlıqların çox müşahidə olunduğu rayonların icra hakimiyyəti başçıları da cəzalandırıla bilər.

Ekspert Rəhim Əliyev bildirib ki, Prezident İlham Əliyev bununla bağlı yerli icra strukturlarının rəhbərlərinə dəfələrlə xəbərdarlıq edib.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib ki, “Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.

Xatırladaq ki, ötəndəfəki parlament seçkilərində buna oxşar hadisədə bəzi rayon rəhbərləri də cəzalandırılmışdı. Belə ki, onlar Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifələrindən uzaqlaşdırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*