Danilovdan Şoyqunun yoxa çıxması ilə bağlı AÇIQLAMAbackend

Danilovdan Şoyqunun yoxa çıxması ilə bağlı AÇIQLAMA

Aleksey Danilov Rusiya Prezidenti Vladimir Putinin ətrafındakı fikir ayrılıqlarından danışıb. O, Şoyqunun “yoxa çıxması”na münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov milli telemarafonun efirində bildirib.

Onun fikrincə, Şoyqunun və digər təhlükəsizlik rəsmilərinin yoxa çıxması onların “münasibətləri aydınlaşdırması” ilə bağlı ola bilər.

İndi FTB məsuliyyəti hərbçilərin üzərinə, onlar da digər strukturların üzərinə atır.

“Orada təkcə Şoyqu deyil. Orada bir çox general artıq əlaqəyə çıxmır, bir çox general dəyişdirilib. Onlar düşünürlər ki, yeni qüvvələrlə nəyisə dəyişə bilərlər”, – deyə  MTMŞ katibi bunun kömək etməyəcəyini bildirib.

Qeyd edək ki, RF Müdafiə naziri Sergey Şoyqu 12 gündür ictimaiyyət qarşısına çıxmır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*