Danışan yeni canlı kəşf edildi – Bir-birlərini adları ilə çağırırlarbackend

Danışan yeni canlı kəşf edildi - Bir-birlərini adları ilə çağırırlar

Elm adamları marmoset meymunlarının bir-birlərini adla çağırmaq üçün xüsusi səslərdən istifadə etdiyini üzə çıxarıblar.

KONKRET.az teleqraf.com-a istinadən bildirir ki, əvvəllər elm dünyasında bu davranış yalnız insanlar, delfinlər və fillərə xas olduğu düşünülüb.

Populyasiyada başqalarına müraciət yüksək inkişaf etmiş idrak qabiliyyətidir ki, yalnız müəyyən sosial heyvan qruplarında olur, hətta insanların ən yaxın təkamül qohumları olan qeyri-insani primatlarda belə yoxdur.

İndi elm adamları fikirləri qarışdıran maraqlı bir kəşfə imza atıblar. Artıq marmosetlər də yalnız dörd heyvanın olduğu seçilmişlərin siyahısına daxil edilib.

“Science” jurnalında dərc olunan araşdırmaya görə, meymunlar bir-birlərinə müraciət etmək üçün xüsusi səslərdən istifadə edirlər.

Alimlər marmoset cütləri arasında təbii söhbətləri qeydə alıblar. Məlum olub ki, meymunlar müraciət edərkən xüsusi səslərdən istifadə etməyə meyllidirlər. Tədqiqatçılara görə, marmoset ona müraciət edildiyini anlayır və müraciət olduqda dəqiq cavab verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*