Daşkəsəndə minik avtomobilinin aşması nəticəsində sürücü ölüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Xoşbulaq kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Niva” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerinədə ölüb. Qəzada daha 2 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
