Davakar ailə üzvü evdən çıxarılacaq – Qazaxıstanda YENİ QANUNbackend

Davakar ailə üzvü evdən çıxarılacaq – Qazaxıstanda YENİ QANUN

Qazaxıstan Milli Məclisinin (parlamentin aşağı palatası) deputatları Daxili İşlər Nazirliyi ilə birlikdə məişət zorakılığı hallarının qarşısını almaq üçün qərəzli ailə mübahisələrinin həll edilməsi üçün qanunvericiliyə bir sıra düzəlişlər hazırlayıblar.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnzibati Polis Komitəsinin sədr müavini Renat Zülxairov brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ailə münaqişəsi zamanı qəsdən sağlamlığa yüngül xəsarət yetirməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi təklif edilir. Hazırda belə əməllər inzibati xəta kimi yozulur.

“Təcavüzkarın davranışına dair xüsusi tələblər çərçivəsində məhkəməyə təcavüzkarı evdən müvəqqəti çıxarmaq hüququ verilir. Məhkəmə həmçinin təcavüzkarı müvafiq xəstəxanada məcburi psixokorreksiya kurslarından keçməyə qərar vermək hüququna malik olacaq”, – deyə komitə sədrinin müavini izah edib.

Qeyd edək ki, bu il Qazaxıstan Daxili İşlər Nazirliyi məişət zorakılığı ilə mübarizə üzrə ixtisaslaşmış bölmə yaradacaq. Məişət sferasında zorakılıqla bağlı cinayətlərin və hüquqpozmaların qarşısının alınmasında böhran mərkəzlərinin sayının artırılması, sosial-psixoloji korreksiya praktikasının tətbiqi də nəzərdə tutulur.

Yeri gəlmişkən, ötən il 2023-cü ildə Qazaxıstan məişət zorakılığına görə məsuliyyəti qanunvericiliklə sərtləşdirib. Yəni zərərçəkmişlərin ifadəsi olmadan inzibati işlər başlana bilər, şahidlərin, qonşuların ifadələri və müşahidə kameralarının qeydləri əsasında məişət zorakılığı faktı ilə bağlı protokol tərtib edilir.

Yeni qanunvericilik çərçivəsində 2023-cü ilin ikinci yarısında məişət qalmaqalları ilə bağlı 50 min şikayətə baxılıb, materialların 64%-i üzrə inzibati icraat başlanıb. Eyni zamanda, inzibati həbsə məruz qalanların sayı iki dəfə artıb. Məhkəmədə 27 mindən çox ailə barışıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*