“Bu kobud sözü qəsdən istifadə edirəm. Səlahiyyətli orqanlar ölənlərin, itkin düşənlərin və əsir götürülənlərin siyahısını dərc etməyə borcludurlar. Yayımlamırlar, çünki etdikləri cinayəti gizlətməyə çalışırlar. Həqiqi rəqəmləri təqdim etmək niyyətindəyəm. Müxtəlif hesablamalara görə, ölənlərin sayı 6 min nəfərdir. Bu gün də bilinməyən bir səbəbdən dövlət sirri olaraq təqdim edilən hərbi əsirlərin sayını da deyəcəyəm. Bu gün Azərbaycanda 235 erməni əsir var”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan MTX-nin keçmiş rəhbəri David Şahnazaryan “Panorama.am”-a açıqlamasında deyib.
O əlavə edib ki, “Azərbaycanda saxlanılanların 171-i hərbi əsir və 64-ü isə “terrorçu”dur. Yəni onların dili ilə desək, 10 noyabrdan sonra saxlanılanlardır. Bu məlumatlar son dərəcə vacibdir və məxfi saxlamaq əvəzinə, səlahiyyətlilər bu barədə bütün beynəlxalq platformalarda – BQXK-da, beynəlxalq təşkilatlarda danışmalıdırlar”.
KONKRET.az
