DÇ-2022: Millimiz İrlandiyaya məğlub oldu – YENİLƏNİBbackend

DÇ-2022: Millimiz İrlandiyaya məğlub oldu - YENİLƏNİB

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başa çatıb.

KONKRET.az-ın məlumatına görə, İrlandiya görüşün 7-ci dəqiqəsində Robinsonun qolu ilə hesabı açıb: 0-1.

Robinson görüşün 39-cu dəqiqəsində komandasının 2-ci qoluna imza atıb: 0-2.

İrlandiya görüşün 90-cı dəqiqəsində Oqbensenin qolu ilə fərqi üçə çatdırıb: 0-3. Matç elə bu hesabla da başa çatıb.

***

20:16

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

KONKRET.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*