“Dedilər, birinci Aygünü öldürün!” – Xalq artisti cəbhədə olmasından danışdıbackend

"Dedilər, birinci Aygünü öldürün!" - Xalq artisti cəbhədə olmasından danışdı 

“Məndə uşaqlıqdan cəbhədə olmaq xəyalları var idi. Düşünürdüm ki, mühasirəyə düşsəm, necə çıxa bilərəm? Nələr fikirləşmişdimsə, başıma gəldi. Mühasirəyə düşmək məqamı da oldu”

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Xəzər” TV-də yayıma başlayan “Vaxtı gəldi” proqramının ilk buraxılışında deyib.

“O zaman könüllü yazılmamışdım, fürsət düşdü, getdim. Anamla sağollaşanda formada gəlmişdim. Məni görəndə şokda idi. Dedi ki, getmə, qızım, sənin uşağın var. O vaxt gözümə ana, uşaq, səhnə, ailə görünmürdü. Elə bil ki, başqa hisslər səni götürüb aparırdı.

Axşamüstü öz hərbi hissəmizə gedirdik. Nivada idik, arxada oturmuşdum. Sürücü də döyüşçü idi, avtomobildə komandirimiz də var idi.

Söhbət edirdilər, qulaq asırdım. Tapşırılmışdı ki, hər şeyə hazır olun. Demişdilər ki, birinci Aygünü vuracağıq ki, əsir düşməsin. Bununla barışmışdım, bilirdim ki, məni vuracaqlar. Hava qaralırdı, dağın döşüylə gedirdik. Fərqinə vardıq ki, biz yolu səhv getdik.

Dağdan səslər gəlirdi, ermənilər biri-birinə siqnal ötürürdü. Yenə dedilər ki, birinci Aygünü vurun. Həmin an həyatla sağollaşmağa vaxt da qalmır, bir tək qızımın anamın qucağında dediyi “getmə” sözü gözümün qarşısına gəldi.

Həyatla barışdım ki, hər şey ola bilər. Çox sakit şəkildə geri qayıtmağa başladıq. Belə məqamlar çox olub. Ona görə istəmirəm ki, kədərli anlardan danışım.

Hazırda bir gözümüz ağlayır, digəri gülür. Biz belə bir xalqıq. Son nəfəsimizədək döyüşəcəyik. Torpağımızı azad edəcəyik. 30 il dözdük, yetər artıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*