Dəhşətli yanğın kəndi MƏHV ETDİ – Alovun qarşısını almaq mümkün deyil / VİDEObackend

Dəhşətli yanğın kəndi MƏHV ETDİ - Alovun qarşısını almaq mümkün deyil / VİDEO

Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndi yanğın nəticəsində demək olar ki, tamamilə məhv olub.

KONKRET.az xəbər verir ki, kənddə 100-ə yaxın ev külə dönüb.

Sosva şəhər dairəsinin rəhbəri Gennadi Makarov bildirib ki, yaşayış məntəqəsinin əsas hissəsi alışıb. Xüsusən də məktəb və mərkəzi küçələr alova qərq olub.

O əlavə edib ki, sabah səhər yerli sakinlərlə görüş keçirəcək.

Qeyd edək ki, yanğın günorta saatlarında yerli mişar zavodunda başlayıb, lakin alov sürətlə qonşu tikililərə də keçib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*