“Demarkasiya nəticəsində ermənilərdə qalan ərazilərin üç sahibi olacaq” – ŞOK İDDİAbackend

"Demarkasiya nəticəsində ermənilərdə qalan ərazilərin üç sahibi olacaq" - ŞOK İDDİA

“Demarkasiya prosesindən sonra Azərbaycan 700 kilometrlik (yeni sərhədd xətti) yeni xətlər müəyyənləşdirib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Əziz Əlibəyli səsləndirib. O bildirib ki, proses nəticəsində SSRİ dövründə adı bizim, amma əslində yüz il boyunca onların istifadə etdiyi torpaqlar geri qaytarılır: “Bu mərhələ təkcə erməniləri sərhəd daxilinə sıxışdırmır. Bizim postlar, daha dəqiq ifadə etsək, ucalan bayrağımız hansı məsafə daxilində görünürsə, orada mülki erməni yaşamaq istəmir. Orada yaşamaq erməniyə sərf də etmir. Çünki otlaq və yaylaq ərazisi əlindən çıxıb”.

Politoloqun sözlərinə görə, bir müddət sonra o ərazilər sadəcə icarə taleyinə məruz qalacaq. Onun da üç sahibi ola bilər: Azərbaycan, Türkiyə, İran”

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*