Demoqrafiya çuxuru dərinləşir: Ermənistanda əhali sayı getdikcə azalırbackend

Demoqrafiya çuxuru dərinləşir: Ermənistanda əhali sayı getdikcə azalır

1 oktyabr 2019-cu il tarixinə Ermənistan əhalisi 2 milyon 957 min 500 nəfər təşkil edib ki, bu da 2018-ci ilin analoji göstəricisindən 11 min 700 və 2017-ci ildəki göstəricidən 22 min 100 azdır. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti bildirib.

Qeyd edək ki, həmin xəbərlərə görə, 1 oktyabr 2019-cu il tarixinə ölkənin şəhər əhalisi 1 milyon 893 min 200 nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2200 azdır. Kənd əhalisi isə 1 milyon 64 min 300 nəfər olub. Son bir ildə kənd sakinlərinin sayı 9500 nəfər azalıb.

Qeyd edək ki, bu ilin avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər bu Zaqafqaziya respublikasının əldə etməli olduğu strateji hədəfləri təqdim etdi. Həmin strategiyaya görə, ölkə əhalisi 5 milyona çatdırılmalıdır.

Onun sələfi Serj Sarkisyan 2017-ci ildə daha təvazökar bir demoqrafik hədəf açıqlamışdı. Sarkisyan hesab edirdi ki, 2040-cı ilə qədər Ermənistan əhalisinin sayı 4 milyona çatdırılmalı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*