Azərbaycanın aparıcı stomatoloji klinikalar şəbəkəsindən biri olan Dentera Dental Clinics 6-cı filialının açılışını etdi.
KONKRET.az xəbər verir ki, yeni filialın fəaliyyətə başlaması ilə “Dentera” ölkədə ən çox filial şəbəkəsinə malik stomatoloji klinika olma mövqeyini dahada gücləndirdi.
Yeni açılan filial Xətai rayonunda yerləşir.
Müasir tibbi texnologiyalar, peşəkar həkim heyəti və beynəlxalq standartlara uyğun xidmət modeli ilə seçilən “Dentera” bu gün artıq yalnız stomatoloji klinikaya deyil, çoxşaxəli tibbi xidmət ekosisteminə çevrilib. Klinika özünü Azərbaycanın Milli
Stomatologiya Brendi olaraq təqdim edir və bu istiqamətdə inkişaf strategiyasını uğurla davam etdirir
Yeni filialda:
• estetik stomatologiya,
• ortodontiya,
• uşaq stomatologiyası,
• rəqəmsal diaqnostika və kompleks ağız-diş müalicələri həyata keçiriləcək.
Filialın baş həkimi vəzifəsinə peşəkar stomatoloq Dr. İsrafil Kərimli təyin edilib. Dr. İsrafil Kərimli uzun illərdir stomatologiya sahəsində uğurlu fəaliyyəti, pasiyent yönümlü yanaşması və müasir müalicə metodları ilə tanınır.
“Dentera Dental Clinics”in əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun tərkibində fəaliyyət göstərən müasir tibbi laboratoriya infrastrukturu və ixtisaslaşmış mərkəzlərin olmasıdır.
Klinikalar şəbəkəsinin daxilində:
• Müasir Stomatoloji Laboratoriya,
• Klinik Laboratoriya,
• Klinik Biokimyəvi Laboratoriya fəaliyyət göstərir.
Bununla yanaşı, “Dentera Dental Clinics” daxilində Virusların Müalicə Mərkəzi də fəaliyyət göstərir. Burada Hepatit A, Hepatit B, Hepatit C və digər virus xəstəliklərinin diaqnostika və müalicəsi aparılır. Mərkəzə tanınmış alim, Tibb elmləri doktoru, Professor Murad Məmmədov rəhbərlik edir.
Məhz bu tibbi infrastruktura görə, “Dentera Dental Clinics” ölkənin ən geniş xidmət şəbəkəsinə malik, ilk və tək stomatoloji klinikalar şəbəkəsidir.
Dentera rəhbərliyinin sözlərinə görə, klinikanın əsas məqsədi yalnız yüksək səviyyəli stomatoloji xidmət göstərmək deyil, həm də Azərbaycanda müasir və inteqrasiya olunmuş stomatoloji xidmət modelini formalaşdırmaqdır:
“Bizim üçün stomatologiya sadəcə müalicə deyil — sağlamlığın ayrılmaz hissəsidir. Dentera olaraq məqsədimiz pasiyentlərə bir mərkəzdə kompleks, təhlükəsiz və beynəlxalq standartlara uyğun tibbi xidmət təqdim etməkdir.”
Bu gün Dentera peşəkar komandası, müasir infrastrukturu və innovativ tibbi yanaşması ilə Azərbaycanın stomatologiya sektorunda yeni standartlar müəyyənləşdirməyə davam edir.
Dentera — Azərbaycanın Milli Stomatologiya Brendi.
