Deputat: “Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz”backend

Deputat: "Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz"

“Biz artıq 4 aya yaxındır Zəfər qazanmışıq. Amma əlilliyin təyin olunması məsələlərində problemlər qalmaqdadır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Vətən müharibəsində könüllü səfərbərliklə əyinlərinə hərbçi paltarı geyinənləri, Ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil: “Müvafiq qurumlar Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcələrini tezliklə təyin etmək üçün işlər görməlidir. Digər tərəfdən Vətən müharibəsində bizə şərəf hissi bəxş edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil. Türkiyədə, Böyük Britaniyada bu, fərqli tətbiq edilir. Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlilik dərəcəsi tətbiq edilir. Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələyə aidiyyəti qurumlarda baxılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*