Deputat ola bilməyən namizəd infarkt keçirdibackend

Deputat ola bilməyən namizəd infarkt keçirdi

Ağrı şəhərinin sabiq bələdiyyə başqanı, deputatlığa namizəd Savcı Sayan infarkt keçirib. 

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, S.Sayan 2019-cu ildə Türkiyənin Ağrı şəhərinin bələdiyyə başqanı seçilib. Onun fəaliyyət müddəti gələn il başa çatsa da, vaxtından əvvəl istefa verərək, parlament seçkilərinə qatılıb. Hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan Savcı Sayan bu ilin mayında keçirilən parlament seçkilərində İzmir şəhərindən deputatlığa namizəd göstərilib.

AKP-nin seçki siyahısında 6-cı sırada olan sabiq başqan millət vəkili seçilə bilməyib.

Hazırda İzmirdə prezident Ərdoğanın təbliğatı ilə məşğul olan Sayanın dünən gecə saatlarında infarkt keçirdiyi bildirilib.

Xatırladaq ki, 52 yaşlı Sevgi Sayan çoxuşaqlı ailədə doğulub. O, 24 uşaqlı ailənin 12-ci övladıdır.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*