Deputat sənədsiz evlərə dair çağırış etdi: Sənədləşmə sürətləndirilsinbackend

Deputat sənədsiz evlərə dair çağırış etdi: Sənədləşmə sürətləndirilsin

Sənədsiz evlərin sənədləşdirməsi problemi var.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir”, – deyə Siyavuş Novruzov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*