Bakı Kommersiya Məhkəməsində deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinin Dövlət Sərhəd Xidmətinə qarşı iddiasına baxılıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia qismən təmin edilib.
Qeyd: “Avromed Company” şirkəti Dövlət Sərhəd Xidmətini məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.
