Deputatın 27 yaşlı oğlu bu dövlət qurumunun 1,2 milyon manatlıq tenderində QALİB OLDUbackend

Deputatın 27 yaşlı oğlu bu dövlət qurumunun 1,2 milyon manatlıq tenderində QALİB OLDU

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.

KONKRET.az xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verəcək.

Qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur./yeniavaz/

  • Səbuhi
    Avqust 18, 2021 - 13:55

    Əhsən uşaqdakı fərasətə bax

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*