Dava müxalifətdən olan deputat Nikolay Skorikin qəzəbli çıxışından sonra baş verib.
KONKRET.az xəbər verir ki, Radanın iclas zalında deputatlar arasında dava olub.
Müxalifətçi deputat Nikolay Skorikin deputatların Odessada baş verənlərlə əlaqədar komissiya yaratmaq qərarını rədd etdikləri üçün qəzəblənib. Verxovna Rada sədrinin birinci müavini Ruslan Stefançuk vurğulayıb ki, deputatlar yerlərinə qayıtmasalar, sədr iclası bağlayacaq: “Natiqdən xahiş edirəm ki, dayansın. Əziz həmkarlar, sakit olmağa çağırıram. Xahiş edirəm yerlərinizə qayıdın. Bir dəqiqə sonra xalq deputatları yerlərində oturmasalar, iclası bağlamaq məcburiyyətində qalacam”.
Bu zaman iclas salonunda millət vəkilləri arasında mübahisə qızışıb, Nikolay Skorik xalq deputatı Nikolay Tişçenkonu çiyniylə itələyib. “Xalqın xidmətçisi” fraksiyasının nümayəndələri davanın qarşısını almaq üçün Skoriki sakitləşdirməyə çalışıblar.
