“Der Tagesspiegel” (Almaniya): Qərb Putini necə dayandıra biləcək? – ŞƏRHbackend

"Der Tagesspiegel" (Almaniya): Qərb Putini necə dayandıra biləcək? - ŞƏRH

“Ukrayna sərhədində qoşunlarını artırmaqla Putin Qərbin gücünü sınayır”.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın “Der Tagesspiegel” nəşri yazıb. Müəllif Kristof fon Marşal hesab edir ki, Qərb hələ başlamamış “hücum”un necə dayandırılacağını düşünməyə çalışır. Onun sözlərinə görə, bir çox imkanlar mövcud olsa , məsələnin yalnız bir çıxış yolu var. Bu da Avropa və ABŞ-ın vahid bir cəbhədə olmasıdır. Yalnız bu təqdirdə Putin geri çəkiləcək.

Müəllif daha sonra yazır:

“Koronavirusla mübarizə indi dünyanın diqqət mərkəzindədir. Bu, aydındır. Ancaq həqiqətən Qərbdəkilərin ağılları o qədər bəsitdirmi ki, Avropada müharibə təhlükəsi alman siyasətini belə bu əsarətdən azad edə bilməz? Vladimir Putinin hazırda sınaqdan keçirdiyi də budur. Berlinin 2 min kilometr şərqində, rus qoşunları irəliləyir. Bəhanəsi də budur ki, soydaşları təhdid altındadır, ona görə də Rusiya onların hüquqlarını qorunmalıdır. Rusiya Krım və Şərqi Ukraynaya hücumlardan əvvəl də bu bəhanəni dəfələrlə tətbiq edibərək eyni təbliğata əl atıb. Berlində heç kim bununla maraqlanmır. Hökumət və xarici siyasət rəsmiləri təşvişə düşdüklərini söyləyirlər. Ancaq vətəndaşlarına və ya Putinə həqiqətən həyəcanlandıqları və eskalasiyaya ciddi yanaşdıqları hissi vermək üçün heç bir şey etmirlər.

Problem bax budur.

Heç kim Putinin niyyətlərini dəqiq bilmir

Uzaqdan heç kim Putinin niyyətində nə olduğunu dəqiq deyə bilməz. Bəlkə Rusiya hamının koronavirusla mübarizəyə kökləndiyindən istifadə edib Mariupol və Krıma gedən quru dəhlizini ələ keçirtmək və beləliklə işğal altındakı yarımadaya su təminatını təmin etmək istəyir? 2014-cü ildə beynəlxalq etiraz və sanksiyalar onu bu strateji fəth planlarını təxirə salmağa məcbur etmişdi.

Yoxsa Putin ABŞ-ın yeni prezidenti Co Baydenin reaksiyasını yoxlamaq istəyir? Və ya bəlkə də onun üçün vacib olan hər şey bir seçki ilində ölkə daxilində güc nümayişini sərgiləməkdir?

Kremlin şüarı: görək nə baş verir?

Çox güman ki, Putin özü növbəti addımının nə olacağına hələ qərar verməyib. Bütün variantları nəzərdən keçirir. Bu siyasətçi uzun illərdir “Görək nə baş verir” şüarı altında fəaliyyət göstərir.

Buna görə bir şey dəqiqliklə demək olar. Sonda onun hərəkətləri Almaniya, Avropa və ABŞ-ın necə reaksiya göstərməsindən asılı olacaq. Qər birləşmiş şəkildə reaksiya vermsə, Putinlə bağlı riskləri hesablamalıdır.

Buna görə də indiki koronavirus letargik yuxusundan “qoşun gətirməyimin əhəmiyyəti yoxdur” qənaətinə gəlsə, nəticə ölümcül olacaq və potensial müharibə təhlükəsini artıracaq.

Avropa və ABŞ-da isə bir çox seçim var – əgər onlar varsa

Almaniya, Avropa və ABŞ Putini təhdidlərdən əl çəkməyə və hücuma davam etməməyə məcbur etmək üçün nə edə bilər? Əlbəttə ki, qətiyyət və həmrəylik göstərməklə ciddi nəticələr əldə edilə bilər. Qərbin sərəncamında olan geniş bir vasitə – sanksiya təhdidlərindən tutmuş Ukraynaya dəstək üçün bütün imkanlardan istifadə edilməlidir.

Ancaq praktikada hər şey o qədər də sadə deyil. Avropa Birliyi və ABŞ iqtisadi cəhətdən Rusiyadan 15 qat daha güclü olsalar da, aralarında alətlər və tətbiqetmə miqyası barədə hələ bir razılaşma yoxdur. Ona görə də Putinin özünə inamı artır.

Almaniyanın reaksiyası ABŞ-a tərəddüdlü görünür. Rus qoşunlarının irəliləməsi kontekstində Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardı və ona hərbi, o cümlədən digər sahələrdə dəstək verəcəyini vurğuladı.

Silah təchizatı sülhü möhkəmləndirə bilər

Əlbəttə, ABŞ əsgərlərini Ukraynanı müdafiə etmək üçün göndərmək niyyətində deyil. Ukrayna NATO-nun bir hissəsi deyil. Lakin mütəxəssislərin fikrincə, silah tədarükü sülhün bərqərar olmasına kömək edə bilər. Rusiyanın tank birləşmələri ABŞ-ın Ukraynaya tank əleyhinə silahlar verdiyini öyrəndikdə məcbur olub cəbhə xəttindən bir neçə kilometr uzaqlaşdı.

Hamı bilir ki, Ukraynanın Qərbdən əhəmiyyətli dəstəyi olsa da, Rusiya ilə açıq müharibədə qazana bilməyəcək. Ancaq Qərb Rusiya hücumunun potensial xərclərini artıra bilər və beləliklə, Putini bu işdən çəkindirə bilər. Ölənlərin tabutları bir seçki ilində Putinə heç bir şəkildə kömək edə bilməz. Bundan əlavə, rus xalqı Ukrayna ilə müharibəyə gedən hər rubldan narahat olacaq.

İqtisadi sanksiyalar da dərin təsir göstərə bilər. Onların əhatə dairəsi də genişdir. “Şimal axını 2”-ni bağlamaq, Ukraynadakı müharibə ilə əlaqəli rusiyalı funksionerlərin bank hesablarını dondurmaq və ya hətta Rusiyanı beynəlxalq SWIFT ödəmə sistemindən ayırmaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*