“Dərc olunan şərtlər Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin bir hissəsidir” – Ter-Petrosyanbackend

"Dərc olunan şərtlər Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin bir hissəsidir" - Ter-Petrosyan

Bu gün dərc olunan Azərbaycanın şərtləri Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin bir hissəsidir.

KONKRET.az xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetində Azərbaycanın şərtləri ilə bağlı dərc olunan məqaləyə münasibət bildirib.

“Bugünkü nəşr müxalifətlə iqtidar arasında dialoqa başlamaq təklifinə mənfi cavabdır.

Bu, əslində, Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin Azərbaycan layihəsindən başqa bir şey deyil. Onun təfərrüatları yalnız baş nazirə və hakimiyyətin ən yüksək eşelonunda olan insanlara məlum idi.

Təbii ki, Ermənistan da siyasi səbəblərdən təfərrüatları açıqlanmayan oxşar layihə hazırlayıb ki, bu da düzgün qərardır.

Aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə yönəlmiş diplomatik təmaslar yerində də oxşar layihələr hazırlanır. Bu halda böyük sürprizlər gözlənilmir. Ermənistan-Türkiyə razılaşması Davudoğlu ilə Nalbandyan arasında 2009-cu il oktyabrın 10-da imzalanmış Sürix protokollarından çox da fərqlənməyəcək.

Qeyd edək ki, bütün ermənilərin katolikosunun təşəbbüsü ilə hakimiyyətlə müxalifət arasında platformaya ehtiyac sonlanmış hesab oluna bilər. Bu da katolikosun israrlı səylərini heç də azalda bilməz. Katolikosun təşəbbüsü sayəsində əlamətdar hadisə baş verdi: 1998-ci ildən bəri ilk dəfə Ermənistanda ilk ciddi siyasi debat baş tutdu”, – deyə Levon Ter-Petrosyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*