Daha dörd rusiyalı sahibkar – Qriqori Berezkin, Oleq Deripaska, İqor Kesayev, Gülbahar İsmailova və onların qohumları Kipr pasportlarından məhrum ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Kipr Respublikasının Nazirlər Şurası qərar qəbul edib.
Sözügedən şəxslər Avropa İttifaqının sanksiya siyahısında olduqları üçün onlar barəsində pasportdan məhrum edilmə prosesi başladılıb.
