Dəstələr tərəfindən girov götürülən 42 nəfər xilas edildibackend

Dəstələr tərəfindən girov götürülən 42 nəfər xilas edildi

Meksika hakimiyyəti Sinaloa ştatında 18-i uşaq olmaqla 42 girovu dəstələrdən xilas etdiklərini bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinaloa qubernatoru Ruben Roça polis və hərbi qüvvələrin daha 24 qaçırılan şəxsin tapılması üçün intensiv axtarış əməliyyatını davam etdirdiyini bildirib.

Kütləvi adam oğurluğu cümə günü Sinaloa ştatının La-Noria bölgəsinin müxtəlif ərazilərində baş verib. Yerli ictimai təhlükəsizlik xidmətinin rəhbəri Gerardo Meridanın sözlərinə görə, cinayətkar dəstələrin üzvləri azı üç ailəni girov götürüblər.

Federal səlahiyyətlilər itkin düşənləri axtarmaq üçün SWAT qruplarını Sinaloaya göndərib. Həmçinin ərazidə daha 300 əsgər və Milli Qvardiyanın bir batalyonu işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*