“Deyərdilər ki, oğlun bizə borcludur, verərdim” – Orxanın anasıbackend

"Deyərdilər ki, oğlun bizə borcludur, verərdim" - Orxanın anası

“Qapımı döyüb deyərdilər ki, oğlun mənə borcludur. Verib, onu qurtarardım. O qədər ağılsız adamam? Hər şeyi gözə alıb bura gəlmişəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun anası Lalə “Səni axtarıram” verilişində deyib. O, 8 aydır itkin düşən övladının borcu olması iddialarına cavab verib.

Lalə “Niyə Orxanın adı pisliyə hallanmalıdır? Keçmişdə insanın başına nəsə gəlirsə hamı onun üzünə vurmalıdır? Onun dostlarının heç birini tanımar. Bəlli yaşda kişidir. Hansı oğul gəlib anasına deyir ki, dostum kimdir. Orxanın Bakıda, Türkiyədə və ya başqa yerdə olacağına inanmıram. Bilir ki, mən necə insanam. Hər gün ona zəng edirdim. Hərdən bezirdi mənim əlimdən. İlhamə xanımın yanında hamısı onun yanında idi. Hamı deyirdi Orxan orda oturma, burada otur” deyə, əlavə edib.

Lalə Orxanı rəsmi olaraq İ.Quliyevaya övladlıq vermədiyini söyləyib:

“Mən və bacımı Tükəzban İsmayılova (Xalq artisti, İlhamə Quliyevanın anası – red.) böyüdüb. Bizim doğma xalamızdır, ailə hadisəsidir. Heç kəsə uşaq verməmişəm, Orxan mənim yanımda böyüyüb. Bizi Tükəzban xanımla Həbib müəllim oxutdurub, ali təhsil verib, gəlin köçürdüb. Biz İlhamə xanımla bir böyümüşük. Orxan ilk nəvə olub. Uşaq nənə, xala qayğısı görürsə, o deməkdir ki, ana imtina edib? Orxanı məktəbə də aparmışam. Orxan həm bizdə, həm İlhamə Quliyevanın yanında qalırdı. Orxan İlhaməyə “ana” deməyib, “İlaşa” deyirdi”.

Qeyd edək ki, Lalə oğlunun 8 aydır itkin düşdüyünü bildirib. (Axşam.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*