“Diaspor, Ermənistan və Qarabağ birləşməli və güclənməlidir”.
KONKRET.az xəbər verir ki, bunu İrəvanda Ali Şuranın Müstəqillik Bəyannaməsinin qəbulu gününə həsr olunmuş rəmzi sessiyada avqustun 23-də Ermənistanın keçmiş diaspor naziri Hranuş Akopyan bildirib.
“Mən bu gün keçirilən mərasimində dərin narahatlıq hissi ilə iştirak edirəm. Mən kədərlənirəm, çünki ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər əlverişsiz vəziyyətdədir.
Onun sözlərinə görə, vəziyyət ağırdır. Eyni zamanda düşmən ölkə ərazisinə dərindən soxulub.
Bu gün mən soydaşlarımızın yanan evlərini görürəm. Mən həqiqətən Türkiyə-Azərbaycan tandeminin güclənməsini və Ermənistanın zəiflədiyini görürəm. Bu baxımdan hesab edirəm ki, bizim hər birimiz, haqqında çox danışdığımız bütün erməni xalqı, diaspor, Ermənistan və Qarabağ birləşməli və güclənməlidir. Bu, bizə indiki vəziyyətdən çıxmağa imkan verəcək”, – Akopyan sərsəmləyib.
Keçmiş nazir bildirib ki, Ermənistan, Qarabağ və diaspor arasında “səriştəli” əməkdaşlıq erməni tərəfinə müəyyən uğurlar əldə etməyə imkan verəcək.
“Bu, ölkəmizin müstəqilliyini, Qarabağın təhlükəsizliyini təmin edəcək, diasporu daha mütəşəkkil edəcək”, – Akopyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
