Dieqo Kostanın yeni klubu məlum oldu – VİDEObackend

Dieqo Kostanın yeni klubu məlum oldu - VİDEO

İngiltərənin “Vulverhempton” klubu Dieqo Kosta ilə müqavilə imzaladığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, “Canavarlar” 33 yaşlı hücumçu ilə mövsümün sonuna qədər razılaşıb.

Qeyd edək ki, Kosta əvvəllər Premyer Liqada çıxış edib. O, 2014-2017-ci illərdə “Çelsi”də top qovub və London klubu ilə iki dəfə çempion olub.

Hücumçu bu ilin yanvarında “Atletiko”dan (Mineyro) ayrıldıqdan sonra altı aydan çox azad agent statusunda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*