DİN: “Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb”backend

DİN: "Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb"

“Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb” – Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb.

Buna baxmayaraq, həmin iddiaların təfərrüatları Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.

Bu, iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin – Səlaməddin Əhmədovun R.Zeynalovun oğlu Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsidir.

R.Zeynalovanın qardaşı Malik Qəmbərovla qonşusu S.Əhmədovla 2020-ci ilin avqustunda su üstündə yaranan mübahisəyə qədər onlar arasında hər hansı ziddiyyət olmadığı araşdırmalarla, şahid izahatları ilə təsdiq olunub.

Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*