DİN-dən Bəhram Bağırzadənin “üzr” videosu ilə bağlı AÇIQLAMAbackend

DİN-dən Bəhram Bağırzadənin "üzr" videosu ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib. Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, B.Bağırzadənin videosu çəkindirici xarakter daşıyır:

“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamı, sənətkardır. Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*