DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMAbackend

DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib:

“Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilər etiraz aksiyası keçirildiyi, xeyli sayda saxlanan və xəsarət alanların da olduğu barədə məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*