“İran xalqı haqtanımaz, nankor və çörəyi dizinin üstündə xalqdır!”
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, İmam Sadiq Universitetinin idarə heyətinin üzvü Seyidhəsən Səadət Mustafavi İran xalqını təhqir edib.
O, İran xalqını haqtanımaz, nankor və çörəyi dizinin üstündə olan bir xalq adlandırıb.
Mustafavi sonda bildirib ki, əgər ölkənin ali lideri (Əli Xamenei) olmasaydı, insanlar müstəqil olardı və istədikləri kimi ölkənin bu başından girib, o biri başından çıxardılar.
Mustafavinin özü də bilmədən İranda demokratiya və insan azadlığının olmamasını etiraf edib.
Xuraman Etibarlı,
KONKRET.az
