DİQQƏT – Bakının mərkəzində hərəkət dəyişdirildi – FOTObackend

DİQQƏT - Bakının mərkəzində hərəkət dəyişdirildi - FOTO

Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

KONKRET.AZ-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, bununla əlaqədar kəsişmədə işıqfor obyekti işə salınıb.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*