DİQQƏT: Bu həkimləri 3 min manat cərimə və 6 ay həbs cəzası gözləyirbackend

DİQQƏT: Bu həkimləri 3 min manat cərimə və 6 ay həbs cəzası gözləyir

Azərbaycanda tibbi xidmət zamanı yol verilən səhvlər və həkim məsuliyyəti məsələsi yenidən gündəmə gəlib. Səhv diaqnoz qoyulması, düzgün olmayan müalicə üsullarının tətbiqi və ya xəstəyə məsuliyyətsiz yanaşma hallarında həkimlərin hansı hüquqi məsuliyyət daşıdığına aydınlıq gətirilib. Bəs, düzgün qoyulmayan diaqnoz və xəstəyə məsuliyyətsiz yanaşan həkimlərin hüquqi məsuliyyəti necə müəyyənləşdirilir və hansı cəzalarla üzləşə bilərlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, vətəndaşlar tibbi səhvlə qarşılaşdıqları zaman hüquqlarını qorumaq üçün dərhal rəsmi qurumlara müraciət etməlidirlər.

Hüquqşünas Tağı Hüseynov: “Qadın corabımı geydirməli, ayaqqabımı təmizləməlidir” | KONKRET

“Tibbi müdaxilə nəticəsində xəstənin sağlamlığına zərər dəyərsə, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya ərazi üzrə şəhər və rayon prokurorluqlarına şikayət edərək məsuliyyətin araşdırılmasını tələb edə bilər. Həkimlərin səhv diaqnoz qoyması, yanlış müalicə aparması və ya peşə vəzifələrinə səhlənkar yanaşması qanunvericilikdə cinayət əməli kimi qiymətləndirilir. Bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi vəzifə səhlənkarlığı çərçivəsində araşdırılır”.

Tağı Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, belə pozuntulara yol verən şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilə, iki ilədək azadlığın məhdudlaşdırılması, altı aya qədər həbs və ya azadlıqdan məhrumetmə cəzası ala bilərlər.

“Həkimin səhlənkarlığı nəticəsində zərərçəkmiş şəxsə ağır dərəcəli xəsarət yetirilərsə, məsuliyyət daha da sərtləşir. Bu halda təqsirli şəxs 3 ildən 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Tibbi fəaliyyət yalnız peşə etikası ilə məhdudlaşmır, eyni zamanda hüquqi məsuliyyət tələb edən sahədir və həkimlər hər bir qərarın hüquqi nəticələrini nəzərə almalıdırlar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*